VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb

Nəsimi yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi – Elxan Süleymanovdan “Nəsimi ili”nə töhfə
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
Bu gündən TANAP-la Türkiyəyə ilk kommersiya qazının göndərilməsi başlayıb

Sentyabrın 20-də Bakıda VII Beynəlxalq “Caspian Energy Forum Baku-2018” işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumda çıxış edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun Azərbaycan hökuməti və “Caspian European Club”un dəstəyi ilə keçirildiyini deyib.

Bildirib ki, “Caspian Energy Forum Baku-2018”də 70 ölkədən olmaqla sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən çox nümayəndə iştirak edir.

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, forum siyasi və iqtisadi əməkdaşlığa öz töhfəsini verir. Builki forum əlamətdar günə – “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümünə təsadüf edir. “Caspian Energy Forum Baku” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin müxtəlif qurumları və şirkətlərinin nümayəndələrinin bir araya toplaşdığı və yeni əməkdaşlığın qurulması üçün əlverişli platformadır.

Nazir 24 il öncə imzalanan “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, ölkəmizə qazandırdığı və bundan sonra da qazandıracağı dividendlərdən danışıb: “Hazırda biz regionun, eləcə də Avrasiyanın enerji xəritəsini dəyişəcək “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır. Həmçinin Balkan ölkələrinin təbii qaza olan tələbatının böyük hissəsi ödənəcək. Bu boru kəmərləri zəncirinin əsas qaz mənbəyi “Şahdəniz” yatağıdır və gələcəkdə Xəzərin Azərbaycan sektorundakı digər yataqların resurslarında da istifadə edilə bilər”.

Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin “Caspian Energy Forum Baku-2018”in iştirakçılarına ünvanladığı videomüraciəti dinlənilib.