Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verdi
İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib
Gəncədə keçirilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalı əsl mədəniyyət hadisəsinə çevrilib

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc azərbaycanlı rəssam Fuad Babazadənin əsərlərinin sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə reallaşan sərginin açılış mərasimində Gürcüstanın mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları, tələbə-gənclər iştirak ediblər.

Bildirilib ki, sərgidə rəssamın 30-dan çox əsəri nümayiş olunur. Gənc rəssamın yağlı boya və portret üslubunda çəkdiyi rəsmlər maraqla qarşılanıb. Rəssamı təbrik edənlər, onun yaradıcılığının parlaq gələcəyi olduğunu bildiriblər.

Gürcüstan Rəssamlıq Akademiyasında ağac üzərində oyma sənətinə yiyələnən rəssamın əl işlərinə böyük maraq var.

 

Xətayi Əzizov, AZƏRTAC-ən xüsusi müxbiri

Tbilisi