Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Azərbaycanda koronavirusa 2237 yeni yoluxma faktı qeydə alınıb
ÜST: koronavirusa gündəlik yoluxmanın ən yüksək göstərici qeydə alınıb
Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib

Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.