Azərbaycan şahmatçıları Ümumdünya Şahmat Olimpiadasında Ermənistan komandasını məğlub edib

“Ermənistanın vurduğu zərərə görə beynəlxalq məhkəmələrdə cavab verməsi ərazilərimizin işğalına son qoyulmasının vacib aspektlərindən biridir” -Elxan Süleymanov
Azərbaycanın baş konsulu ABŞ-ın ermənipərəst konqresmenlərinə cavab verdi
Prezident İlham Əliyev Baş Prokurorluğun yeni inzibati bina kompleksinin açılışında iştirak edib

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, yığmamız beşinci turda Ermənistan komandası ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb – 2,5:1,5.

Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib (1:0). Teymur Rəcəbov isə Qabriel Sargisyandan üstün olub (1:0). Rauf Məmmədov görüşünü heç-heçə ilə başa vurub, Arkadi Naydiç isə rəqibi ilə qarşılaşmadan məğlub ayrılıb.

Beşinci turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.