Müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissəsinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışı olub
Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib
28 may Portlenddə Azərbaycan Günü elan edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti bir sıra hərbi təyinatlı obyektlərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edən müdafiə naziri burada yaradılan şəraitlə tanış olub və müvafiq göstərişlər verib.

Yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin burada saxlanılan hərbi texnikalara baxış keçirən general-polkovnik Zakir Həsənov tank heyətlərinin hazırlığını yoxlayıb və zirehli texnikanın döyüş tətbiqi ilə bağlı tapşırıqlar verib.

Sonda müdafiə naziri tankçılarla birgə nahar edib.