Qız qalası bənövşəyi rəngə boyanıb

Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib
Bakıda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri açılıb
Antalya Kitabxanasında Azərbaycan bölməsi açılıb

Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu çağırışa cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi insan sağlamlığına böyük təhlükə törədən xəstəliyə qarşı həssaslığı artırmaq məqsədilə ictimaiyyətə vizual ismarıc göndərib. Belə ki, həmin gün paytaxtımızın simvolu olan Qız qalası bənövşəyi rənglə işıqlandırılıb.

Qeyd edək ki, lavanda çiçəyinin bu füsunkar rəngi cəmiyyətin diqqətinin xərçəng xəstəliyi ilə mübarizəyə, həyatın dəyərini bilməyə səsləyir.