Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq

Ceyhun Bayramov: “Bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcək”
Nəsimi – 7 böyük ozandan biri
Davos Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib Prezident İlham Əliyev sessiyada iştirak edib

Bu il Azərbaycanda “İnnovasiyalar evi”nin yaradılmasına başlanacaq.

Trend-in məlumatına görə, bunu “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O bildirib ki, “İnnovasiyalar evi” hər kəs üçün faydalı olacaq, çünki burada biliklərin transferi mərkəzi fəaliyyət göstərəcək.

Nazir müavini hazırda “Hökumət buludu” texnologiyasının, “DATA mərkəzi”nin yaradılması, internetin inkişafı və tədris müəssisələrində yeni ixtisasların yaradılması üzrə reallaşdırılan layihələri də qeyd edib:

“Bu gün ölkə məlumatlar iqtisadiyyatına keçir. Davos forumunun hesabatlarından birində göstərildiyi kimi, hazırda təhsil alanların 65 faizi gələcəkdə bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək. Ona görə də təhsil sahəsində yeni ixtisaslar və texnologiyalar tətbiq etmək vacibdir”.