Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçirilib

Haaqa Məhkəməsi Ermənistanın hərbi cinayətləri ilə bağlı məsələni araşdırır
AVCİYA cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yayıb
Hikmət Babaoğlu: Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri erməni lobbisinə növbəti xidmətdir

Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirildi.

XİN-dən “Report”a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.