ATƏT-in fəaliyyətdəki sədri: “Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasındakı görüş konstruktiv keçib”

Qərbi azərbaycanlılarda tarixi vətənə qayıtmaq ümidi artıb
Ombudsman: Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır
Azərbaycanın müdafiə xərcləri artırılıb

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin fəaliyyətdəki sədrin şəxsi köməkçisi Anjey Kaspşik ilə Bratislavada görüş keçirib.

“Report” ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdəki sədri Dağlıq Qarabağ məsələsinə dair danışıqlardakı konstruktiv ab-havanı, liderlərin bu münaqişəni sülh yolu ilə həll etməyə sadiq olduqlarını alqışlayıb.

“Biz bu barədə müsbət fikirdəyik və danışıqlar prosesini, atəşkəs rejiminin gücləndirilməsinə, humanitar müstəvidə tədbirlər görülməsinə dair liderlərin öhdəliklərini tam şəkildə dəstəkləyirik”, – M.Layçak bildirib.