“Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib

Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər
Ombudsman uşaqlara energetik içkilərin satışına görə cərimələrin artırılmasını təklif edib
Avropa Şurasının Nazirlər Komitəsi dekabrda “Çıraqovlar Ermənistana qarşı” işi üzrə növbəti müzakirələr keçirəcək

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ölkəmizin Argentinadakı səfirliyinin dəstəyi ilə tanınmış professor, sənətşünaslıq elmləri doktoru Röya Tağıyevanın “Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kitab Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinə həsr olunub. Kitabda ölkəmizdə qədim tarixə malik olan xalçaçılıq sənəti barədə ətraflı məlumatlar, xalçaların hazırlanma üsulları, xalçaların bölgələr üzrə fərqlənən növləri, xalçalarda istifadə olunmuş təsvirlərin və naxışların mənaları, ölkəmizə məxsus çoxsaylı xalça fotoşəkilləri öz əksini tapın.

Kitab Azərbaycanda akkreditə olunmuş ispandilli ölkələrin səfirliklərinə təqdim edilib. Həmçinin yaxın zamanlarda kitabın Argentinada təqdimatının keçirilməsi nəzərdə tutulur.