Diplomatların Qazax və Tovuz rayonlarına tanışlıq səfərləri təşkil olunub

Baş Prokurorluq əhaliyə müraciət edib
AVCİYA Xaçmazda şimal regionu müşahidəçiləri üçün treninq keçirdi
“Bakı haqqında etüdlər” foto-albomu işıq üzü görüb

Ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının aprelin 30-da və mayın 1-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Qazax və Tovuz rayonlarına tanışlıq səfərləri təşkil olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində diplomatlar Qazax rayonunda “Damcılı” mağarası, Qazax sement zavodu, Şəhidlər xiyabanı, Qazax Müəllimlər Seminariyası və Tarixi Cümə Məscidi, “Saloğlu” mebel fabriki, eləcə də Ədəbiyyat Muzeyi və Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olacaqlar.

Eyni zamanda, diplomatlar Tovuz rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, “Göytəpə” qədim yaşayış məskəni və “Tovuz Baltiya LTD” konyak klubu ilə tanış olacaqlar.