Azərbaycanın dəstəyi ilə Dünya İrs Xəritəsi nəşr olunub

Komitə sədri Qarabağda yaşayan ermənilərlə görüşlərin keçirilməsini təklif edib
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 89 yaşı tamam olur
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib

2018-2019-cu illər üzrə Dünya İrs Xəritəsi nəşr olunub.

“Report”un Fransa bürosu xəbər verir ki, xəritənin son versiyası UNESCO-nun Dünya İrs Mərkəzi və Milli Coğrafiya Xəritəsi (“National Geographic Maps”) tərəfindən Azərbaycanın dəstəyi ilə buraxılıb.

Dünya İrs Xəritəsində Azərbaycandan Qoşa Qala divarları, Şirvanşahlar Sarayı, Qız Qalasının fotoları yer alıb.

Ümumilikdə, 78/50 sm ölçüdə olan xəritədə dünya irsi adına layiq görülmüş 1092 abidənin adı və yeri göstərilib. Xəritədə möhtəşəm fotolarla yanaşı, Dünya İrs Konvensiyası və onunla əlaqəli dəniz, yeraltı memarlıq və digər proqramlar haqqında qısa məlumatlar verilib.

Qeyd edək ki, Dünya İrs Komitəsinin növbəti iclası iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək.