Avropa İttifaqında 2021-ci ildən plastik qabların istifadəsinə məhdudiyyət qoyulacaq

ÜST: koronavirusa gündəlik yoluxmanın ən yüksək göstərici qeydə alınıb
İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib

Avropa İttifaqının Şurası plastik qabların istifadəsi ilə əlaqəli yeni məhdudiyyətlərin qoyulması ilə bağlı qanunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, 2021-ci ildən başlayaraq birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qablarla yanaşı, çəngəl, bıçaq, pambıq və su çubuqlarının istifadəsi qadağan olunur. Eyni zamanda, İttifaq ölkələri 2029-cu ilə kimi plastik şüşələrin yığılmasının 90 faiz təmin edilməsi barədə razılığa gəliblər. Qərar Avropa İttifaqında birdəfə istifadə olunan plastik məhsulların qadağa olunması ilə bağlı sonuncu mərhələni əhatə edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest