Gəncədə və Qırmızı Körpü ərazisində logistik mərkəzlər qurulacaq

Azərbaycanda 1400 bələdiyyə birləşdirilir
Bakıda yəhudi irsi və mədəniyyəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Prezident Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edib

Gəncə şəhərində və Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü ərazisində logistik mərkəzlərin qurulması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransda Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov məlumat verib.

“Hər bölgədə logistika mərkəzləri qurulacaq. Artıq Ələtdə belə mərkəz – azad ticarət zonası qurulub”, – deyə o qeyd edib.

Bundan başqa, R.Bayramovun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri artıq sinxronlaşdırılıb və intensiv fəaliyyət göstərir.