Macarıstan nəşri: Orban macarlara olan səmimi münasibətə görə Azərbaycan xalqına minnətdardır

Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 2,5 milyon sərnişinə xidmət göstərib
“Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin edilib
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Füzuli və Cəbrayıla səfəri başlayıb

Macarıstanın “Daily News Hungary” nəşri öz saytında ölkənin Baş Naziri Viktor Orbanın Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirakı haqqında məqalə yerləşdirib (bax: https://dailynewshungary.com/orban-highlights-opportunities-for-hungarian-azeri-economic-cooperation/).

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Macarıstanın Baş Naziri bəyan edib: “Macarıstan-Azərbaycan münasibətlərinin inkişafında növbəti addım iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi olacaq”.

Məqalədə, həmçinin qeyd olunur ki, İlham Əliyevlə danışıqlarda Viktor Orban öz ölkəsinin artıq Azərbaycanda sərmayə layihələri həyata keçirdiyini bildirib. O əlavə edib ki, gələcək ikitərəfli əməkdaşlıq imkanları “çox vədedicidir”. Baş Nazir vurğulayıb ki, Bakıya səfər etmək macarlar üçün həmişə qürurverici olub. V.Orban Azərbaycan xalqına macarlara göstərdiyi səmimi münasibətə görə təşəkkürünü bildirib.

Nəşrin yazısında vurğulanıb ki, iki ölkənin liderləri cari Avropa məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Macarıstan 2018-ci ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında müşahidəçi statusu alıb, cari ildə isə Budapeştdə Şuranın Avropa ofisinin açılışı olub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt