AVCİYA Şirvan və Sabirabadda seminarlara start verdi

Sabah Şuşada Bəyannamənin imzalanmasının ildönümü münasibətilə tədbir keçiriləcək
Avstraliyalı jurnalist ölkəsinin vətəndaşlarını Azərbaycana səyahətə dəvət edib
Milli Məclis Prezidentə və xalqa müraciət edəcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlqədar regionlarda seminarlara başladı. Assosiasiyanın ilk seminarları Şirvan və Sabirabad rayonlarında keçirildi. Seminarlarda ətraf rayonlardan olan müşahidəçilər də iştirak edib. Hər iki tədbirdə t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə ekspertlər məruzələrlə çıxışlar ediblər. Məruzələrdə Azərbaycanda 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyə institutunun keçdiyi tarixi yol, bələdiyyələrin cəmiyyətdəki hazırkı durumu, bələdiyyələrin qanunvericilik bazası, yerli özünüidarə haqqında beynəlxalq təcrübə və digər məsələlər haqqında tədbir iştirakçılarına məlumat verilib. Məruzəçilər həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb. Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, regionda bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

AVCİYA Seçki Qərargahı