ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil verilib
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Prezident İlham Əliyev keçid və yol qovşağının açılışında iştirak edib

ATƏT PA-nın beynəlxalq müşahidə missiyasının polşalı üzvü Rozalt Darlus Kajetan jurnalistlərə açıqlamasında bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar indiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, missiyanın üzvü səsvermə məntəqələrinin yaxşı təchiz edildiyini, məntəqə sədrlərinin və digər nümayəndələrin hamısının yerində olduğunu bildirib. “Hər hansı qanunauyğunsuzluq, insident qeydə almamışıq. İndiyədək üç səsvermə məntəqəsində olmuşuq və hər şey qaydasındadır”, – deyə o bildirib.