MDB müşahidəçiləri: Azərbaycanda seçki institutu ən yüksək şəkildə formalaşıb

Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq
Vladimir Solovyov: Hiss edirdim ki, Prezident İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir
Noyabrın 5-də və 6-da paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Səbail rayonunda yerləşən məntəqələrdə seçici fəallığı müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici müşahidəçilər də izləyirlər.

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski və digər müşahidəçilər bildiriblər ki, Azərbaycanda aparılan islahatların parlamentdə də davam etdirilməsi demokratik addımdır. Onlar parlament seçkilərinin şəffaflıq şəraitində keçirildiyini bildiriblər. Həmçinin seçkiöncəsi təbliğat-təşviqat prosesinin də yüksək fəallıqla aparıldığını qeyd ediblər.

Müşahidəçilər vurğulayıblar ki, seçici fəallığı və yüksək seçki kampaniyası bir daha göstərir ki, Azərbaycanda mövcud olan və daha da inkişaf etdirilən seçki institutu ən yüksək şəkildə formalaşıb.