Gürcüstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərindən yazır

Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
AVCİYA prezident seçkiləri öncəsi monitorinqlər və seminarlar keçirəcək
Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək

Azərbaycanda keçirilən parlament seçkiləri Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın nüfuzlu kvira.ge, newsday.ge, apsny.ge, kavkasia.net, ipress.ge, 24news.ge, gaxa.ge xəbər portalları, eləcə də 1Tv.ge televiziya kanalı Azərbaycanda keçirilən seçkilər barədə silsilə materiallar yayıb.

Materiallarda seçkilərin ədalətli və şəffaf keçirildiyi, yerli və xarici KİV-lər, eləcə də Gürcüstanın mətbuat nümayəndələri üçün hər cür şəraitin yaradıldığı qeyd olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi