Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var

Azərbaycana əsir düşmüş erməni pastor xalqını qan tökməyi dayandırmağa çağırdı
AVCİYA-nın yeni nəşri işıq üzü görəcək
Fuad Axundov: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə 400-dən çox layihə maliyyələşdirilir

Koronavirus pandemiyası səbəbindən dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə də mənfi təsirləri var.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib.

Baş Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. “Nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-epidemioloji vəziyyət nəzarətdədir”, – deyən Baş Nazir vurğulayıb ki, Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var. Eyni zamanda, onların ölkəmizdə istehsalı istiqamətində də işlər aparılır. Əli Əsədov deyib ki, martın 25-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır.