“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədə itkin düşmüşşəxslərin ailələrinin psixososial problemlərinin həlli məqsədilə psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlanılmışdır.
Layihənin əsas məqsədi Bakı şəhərinin rayonlarında yaşayan Müharibədə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin etmək üçün tədbirlərin görülməsi, peşəkar hüquqşünasların və psixoloqların iştirakı ilə ailə üzvlərinin psixoloji və hüquqi vəziyyətinin analiz olunması və mənəvi dəstəyin verilməsi, effektiv və pulsuz hüquqi və psixoloji yardımla təmin edilməsi, xüsusi ilə hərbiçilərdə dövlətçiliyə və gələcəyə olan inamın gücləndirilməsinə kömək etməkdən ibarətdir.
3 ay davam edəcək layihə çərçivəsində itkin ailələrinin iştirakı ilə 5 qrup görüşünün keçirilməsi və 60-dan çox itkin ailəsinə hüquqi və psixoloji yardım göstərilməsi, hüquqi məsləhətlərin verilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində itkin ailələrinə ərzaq yardımlarının edilməsi də nəzərdə tutulmuşdur.
Fondumuz tərəfindən 2017-ci ilə qədər Beynəlxalq Qızıl Xaç Komitəsi və Şura ilə əməkdaşlıq çərçivəsində, 2017-ci ildən sonra isəbirbaşa Şuranın dəstəyi ilə yaradılmış “Etimad xətti” vasitəsi ilə itkin ailələrinə hüquqi və psixoloji yardımlar göstərilmiş və bu proses mütəmadi olaraq davam etdirilməkdədirr.
Mətbuat Xidməti