AŞPA-nın komitə sədri mülki yaşayış məntəqələrinə raket zərbələrini dayandırmağa çağırış edib

Yeni sosial xidmət müəssisələri yaradılacaq
“Azəriqaz”ın “Açıq mikrofon” aksiyasının budəfəki ünvanı Sabirabad rayonudur
“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən xarici ticarət iştirakçılarının sayı 200-ə yaxınlaşıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez mülki yaşayış məntəqələrinə raket zərbələrini dayandırmağa çağırış edib. Komitə sədrinin bununla bağlı bəyanatı AŞPA-nın rəsmi saytında yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, “Mülki yaşayış məntəqələrinə raket zərbələri dayandırılmalıdır. Azərbaycanın Bərdə şəhərinə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir”, – deyən komitə sədri Piyer Alan Fridez münaqişənin humanitar nəticələrindən dərin narahatlığını bildirib. O, vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən diqqətlə izlənilməsi üçün məsələni rəhbərlik etdiyi komitənin gündəliyinə saldığını bildirib.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə 2015-2017-ci illərdə Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik edir.

AZƏRTAC