Təminat Fondundan dövlət büdcəsinə 880 milyon manat transfert ediləcək

Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
Fuad Axundov: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə 400-dən çox layihə maliyyələşdirilir
Astanada Türk Ədliyyə Təlim Şəbəkəsinin forumu keçirilib

“Dövlət borcu haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsi hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilməsi məqsədilə hazırlanıb.

Belə ki, 2021-ci ildə dövlət büdcəsinə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan 880 milyon manat transfert nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə ediləcək.

Report