Məhərrəm Zülfüqarlı: Ermənistanı müdafiə edən insan haqları təşkilatından ədalət gözləməyə dəyməz

Qüdrət Həsənquliyev: “AŞPA-nı fakt qarşısında qoyub ifşa etməliyik”
Bakıda Azərbaycan jurnalistləri üçün ustad dərsləri keçirilib
Prezident Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşları qəbul edəcək

Məhərrəm Zülfüqarlı: “Bu, Qərbin düşünülmüş siyasətinin nəticəsidir”

“Amnesty International” insan haqları təşkilatı 2-ci Qarabağ müharibəsi ilə bağlı yeni hesabatını açıqlayıb. Qurum qeyd edir ki, müharibə zamanı Ermənistan və Azərbaycan qüvvələri dəfələrlə qeyri-dəqiq və hədəfsiz silahlara, həmçinin, klast sursatları və sıx yaşayış məskənlərində geniş ərazini əhatələyən partlayıcılara əl atıblar. Bununla da beynəlxalq humanitar hüquq pozulub, onlarla dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb, evlər, vacib infrastruktur dağıdılıb.

Bununla belə, hesabatda iddia edilir ki, guya 44 günlük müharibədə Azərbaycan dinc erməniləri hədəf alıb və klastr bombalardan istifadə edib. Guya sıx yaşayış məskənlərində geniş ərazini əhatələyən partlayıcılara əl atıb. Qeyd edilir ki, Ermənistan tərəfdə 9 zərbə nəticəsində 11 dinc sakinin ölümü araşdırılıb. Ümumilikdə isə münaqişə zamanı azı 52 erməni dinc sakinin öldüyü qeyd olunur.

Belə məlum olur ki, təşkilat ermənilərlə bağlı bir sıra məsələləri şişirdir. Əvvəla Azərbaycan mülki obyektləri hədəfə almayıb. Maksimum dərəcədə çalışıb ki, mülki obyektlər hədəf olmasın. Baxmayaraq ki, ermənilər mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə ediblər. Digər tərəfdən, guya 52 nəfər mülki erməninin öldüyü barədə deyilənlərin reallıqla heç bir əlaqəsi yoxdur. Mümkün deyil ki, bu qədər mülki erməni 44 günlük müharibədə ölsün.

“Sözügedən məsələdə tərəfləri bərabərləşdirirlər ki, Ermənistan ciddi tənqidlərə məruz qalmasın”

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlının sözlərinə görə, hesabatın Ermənistanla bağlı hissəsi qərəzlidir: “Bu, əməllicə özünü göstərir. Çünki 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri intensiv olaraq cəbhəyanı yaşayış məntəqələrini atəşə tuturdu. Azərbaycan Ordusu isə yalnız hərbi obyektləri hədəfə alırdı. Ermənilərə yaxın olan media orqanları isə belə görüntü yaradırdılar ki, guya sivil erməni əhalisi öldürülür. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar böyük dövlətlərin nəzarətindədir. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa kimi bir dövlət haqsızcasına Ermənistanı müdafiə edirsə, o zaman “Amnesty International” insan haqları təşkilatından ədalət gözləməyə dəyməz. Bütün bunlar bir-birilə bu və ya digər dərəcədə bağlıdır. Neçə ildir işğalçı ilə işğala məruz qalan tərəfə fərq qoyulmur. Sözügedən məsələdə də tərəfləri bərabərləşdirirlər ki, Ermənistan ciddi tənqidlərə məruz qalmasın. Bu, Qərbin düşünülmüş siyasətinin nəticəsidir. Birinci Qarabağ müharibəsində və 44 günlük müharibədə ən çox zərər çəkən Azərbaycanın dinc sakinləri oldular. Ancaq çox təəssüflər olsun ki, Qərb hər zaman buna göz yumur. Bu da illərdir mövcud olan ikili standartların göstəricisidir”.

Ekspert hesab edir ki, belə qərəzli yanaşmalar nə ilkdir, nə son. Bundan sonra da belə ədalətsiz yanaşmalar ola bilər.

Bakı xəbər