Milli Məclisin yaz sessiyasında işlər planı təsdiqləndi

Avropa Komissiyasının prezidenti və Aİ-nin ali nümayəndəsi Ukraynaya səfər edəcək
Azərbaycan ilə UNESCO arasında səmərəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
Düşmənin mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib

Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilib.

Qanunvericilik işləri planına daxil edilən qanun layihələri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidenti-nin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının Milli Məclisi İntizam Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar layihəsi;

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi;

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

6. “Lombardlar haqqında” qanun layihəsi;

7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

8. “Ali təhsil haqqında” qanun layihəsi;.

9. “Təhsil kreditləri haqqında” qanun layihəsi;

10. “Turizm haqqında” qanun layihəsi;.

11. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

12. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;

13. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Müzakirələrdən sonra Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı səsverməyə çıxarılaraq təsdiqlənib.

Report