FHN işğaldan azad edilmiş ərazilərə yaxın yaşayış məntəqələrində maarifləndirmə tədbirlərinə başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi
Mədəniyyətimiz və milli mətbəximiz Meksikada keçirilən beynəlxalq festivalda
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizə xüsusi icazə olmadan səfər edən mülki şəxslər arasında minaya düşərək həlak olan və ya yaralananlar var. Belə faciəvi halların baş verməsinin qarşısını almaq və əhalini işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkindirmək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərə yaxın yaşayış məntəqələrində maarifləndirmə tədbirlərinə başlayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrində həyata keçirilən maarifləndirmə tədbirləri zamanı əhaliyə işğaldan azad olunmuş ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının aparıldığı, bu ərazilərə indiki halda səfərlərin həyati təhlükə daşıdığı, eyni zamanda, bu cür qanunsuz səfərlərin hüquqi məsuliyyət yaratdığı izah olunur.

Maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

Nazirlik bir daha insanları işğaldan azad olunmuş ərazilərə xüsusi icazə olmadan səfər etməkdən çəkinməyə çağırır, bunun həyat və sağlamlıq üçün təhlükəli olduğunu xatırladır.

AZƏRTAC