Mövlud Çavuşoğlu Azərbaycanda səfərdə olacaq

Əziz Səncər: Qarabağ Zəfəri Türkiyənin Qurtuluş savaşından sonra türk dünyasının ən önəmli zəfəridir
Gimnastımız Avropa çempionatında qızıl medal qazanıb
“Azərxalça” ASC Beynəlxalq Sərgisində böyük stendlə iştirak edir

Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, M. Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb.

Səfər çərçivəsində Türkiyə XİN başçısı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, Azərbaycan Prezidenti İlham Əliyev M. Çavuşoğlunu qəbul edəcək.

Eyni zamanda, Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin də iştirak ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.

Türkiyə XİN başçısı gürcüstanlı həmkarı ilə də görüşəcək.

Görüşlərdə ölkələr arasında əlaqələr və regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.

APA