III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə təşkil olunacaq

“20 Yanvar” stansiyasında törədilən terror aktından 31 il keçir
Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilir
Avroparlament Ukraynaya 90 milyard avro məbləğində krediti təsdiqləyib

Martın 5-dən 12-dək III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə təşkil ediləcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 7 minə yaxın şagirdin iştirak edəcəyi milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

AZƏRTAC