Elxan Sirac oğlu Süleymanov
Prezident
1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 saylı orta məktəblərində müəllim işləmişdir. E.Süleymanov 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-cu ilə qədər həmin vəzifədə çalışmışdır. Onun geniş fəaliyyəti sayəsində bu klub əsl mədəniyyət və sənət ocağına çevrilmiş, bir çox görkəmli sənət xadimləri, musiqiçilər, bəstəkarlar, müğənnilər ilk yaradıcılıq addımlarını məhz burada atmışlar. Həmin illərdə kluba toplaşmış sənətçilərin çıxışları bütün Azərbaycanı əhatə etmişdir. Bir təşkilatçı, xeyriyyəçi kimi, Elxan Süleymanovun fəaliyyətinin sonrakı dövrləri də mədəniyyət, incəsənət və təhsildən ayrılmaz olmuşdur. O, 1981-1982-ci illərdə Yazıçılar İttifaqının şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982-1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində “Azərattraksion”un baş direktoru işləmiş, 1985-1989-cu illərdə isə “Nizami” kino- teatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.
E.Süleymanov 23 il ərzində respublikanın müxtəlif mədəniyyət müəssisələrinin rəhbəri kimi ölkədə mədəniyyət, incəsənət və Azərbaycan kinosunun inkişafı və təbliği, gənc istedadların üzə çıxarılması və inkişafı üçün yorulmadan çalışmışdır. Bu illər ərzində o, bir çox istedadlı gəncin yetişməsi üçün münbit şərait yaratmış, onlara dəstək olmuşdur. Onun rəhbərlik etdiyi mədəniyyət ocaqlarında yetişmiş onlarla istedadlı gənc bu gün nüfuzlu sənətkarlar, Xalq artistləri kimi respublikamızın teatrlarında, kino, musiqi sahələrində uğurla fəaliyyət göstərirlər. E.Süleymanovun kino sahəsində xidmətləri də xüsusi qeyd olunmalıdır. O, 1987-ci ildə Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq kino festivalının təşkilatçılarından biri olmuş, bu məqsədlə məhz onun təşkilatçılığı ilə “Nizami” kinoteatrı köklü şəkildə rekonstruksiya edilmiş, sənət mərkəzlərindən birinə çevrilmişdir.
Bir çox ədəbi-bədii, elmi, maarifçi kitabların işıq üzü görməsi, böyük tirajla nəfis tərtibatda dərc edilib oxuculara çatdırılması da E.Süleymanovun xeyriyyəçilik fəaliyyəti sayəsində mümkün olmuşdur.
Elxan Süleymanov 1990-1998-ci illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsini icra etmişdir. ölkəmizin müharibə şəraitində və keçid dövrünü yaşadığı 1990-1993-cü illərdə respublikamızda ərzaq probleminin həllində, o cümlədən, əhalinin gündəlik qida məhsulları ilə təmin edilməsində fəal iştirak edən E. Süleymanov 1990-1993-cü illərdə Azərbaycana yüz min tondan çox qənd, şəkər tozu, taxıl, taxıl məhsulları və digər bir çox çeşidli ərzaq mallarının gətirilməsini təmin etmişdir. O, 1990-1993-cü illərdə müharibə zamanı cəbhə xəttinə, döyüşlərdə iştirak edən ordu hissələrinə yüzlərlə ton müxtəlif ərzaq və geyim göndərmişdir.
E. Süleymanov Göyçay, Ağsu, Kürdəmir, Biləsuvar rayonları ərazisində 2500 hektar nar bağları salmış, həmin ərazilərdə yolları abadlaşdırmış, su kanallarını təmir etdirmiş və nəhayət, 850-dən çox ailəni işlə təmin etmişdir.
Bütün şirvanda məşhur xeyriyyəçi və maarifçi kimi tanınmış mərhum babası Hacı Rəhim əfəndinin xeyriyyəçilik fəaliyyətini davam etdirən Elxan müəllim Göyçay şəhərində Azərbaycan şairi əli Kərimə və şəhid İsmət Qayıbova abidələr qoydurmuş, Qaraman kəndindəki tarixi məscid binasını bərpa etdirmiş və həmin kəndə 7 km uzunluğunda yol çəkdirmiş, respublikanın 300-dən artıq şəhid ailəsinə yardımlar etmiş, 1993-1996-cı illər ərzində Göyçay məktəblərində təhsil alan 150 əlaçı şagirdi təqaüdlə təmin etmiş, Azərbaycanın müxtəlif regionlarından olan bir çox gənclərin ölkəmizdə, ABş-da və Avropa ölkələrində təhsillərini davam etdirməsinə, doktoranturada oxumasına sponsorluq etmiş, soydaşlarımızın müxtəlif xəstəliklərdən müalicəsi üçün onları maliyyə vəsaiti ilə təmin etmişdir.
E. Süleymanov 2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş “Xocalı soyqırımı”, “Xocalı soyqırımı: milyon imza-bir tələb”, “şuşa – qədim Azərbaycan diyarı”, “Bir faciə haqqında iki foto-söhbət”, “Tarixi faktlar erməni miflərinə qarşı” topluları nəşr edilərək ABş və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərilmişdir.
“Xocalı soyqırımı: milyon imza-bir tələb” layihəsi çərçivəsində bir milyon Azərbaycan vətəndaşının imzası toplanaraq kitab halında nəşr etdirilmiş, böyük dövlətlərin parlamentlərinə təqdim olunmuşdur. Xocalı faciəsi şahidlərinin ifadələri toplanmış və Azərbaycan, ingilis, rus dillərində dərc etdirilmişdir. Faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində keçirilən “Bakı-qəhrəman şəhər” layihəsi çərçivəsində isə İkinci Dünya müharibəsi dövründə Azərbaycan paytaxtının xidmətləri növbəti dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycanda keçirilən seçkilərdə və referendumda müşahidəçilik və “exit- poll” fəaliyyətini də həyata keçirən bu təşkilat insan hüquqları, söz azadlığı, iqtisadiyyat, ekologiya, Xəzərin problemləri ilə bağlı bir çox irimiqyaslı layihələr həyata keçirmiş, beynəlxalq konfranslar təşkil etmişdir. Beləliklə AVCİYA çoxşaxəli fəaliyyəti ilə ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində inamla irəliləyir.
85 saylı Şamaxı seçki dairəsindən dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür.
Şöhrət ordeni və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
E-mail: [email protected]
Salmanov Elçin Fikrət oğlu
vitse-prezident
vitse-prezident
01 mart 2016-cı il tarixindən AVCİYA-nın vitse-prezidentidir.
18.11.1980-cı ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuşdur.
2001-ci ildə Moskva Dövlət Açıq Universitetinin hüquq fakültəsini bitirmişdir.
2005-ci ildən ictimai sektorda fəaliyyətə başlamışdır:
2005-2006-cı illərdə Siyasi Məhbus Problemləri üzrə Şurada hüquqşunas, 2006-2009-cu illərdə İnsan Hüquqları XXI əsr – Azərbaycan Fondunda hüquqşunas-ekspert, 2010-2014-ci illərdə Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi Təşkilatında icraçı direktor, 2014-2015-ci illərdə AVCİYA-nın İnsan Hüquqları Departamentinin rəhbəri vəzifəsində çalışmışdır.
Fəaliyyəti dövründə bir sıra ictimai qurumlarda təmsil olunmuşdur:
Azərbaycan Respublikasının Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri yanında İctimai Şuranın hüquq komissiyasının sədri, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının üzvü, İnsan Alverinə Qarşı QHT Koalisiyasının təsisçisi və sair.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin vətənpərvərlik tərbiyyəsi, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsi, məhkum hüquqları və keçmiş məhkumların sosial adaptasiyası, uşaq hüquqları, ətraf mühitin qorunması və sair bu kimi istiqamətlərdə çoxsaylı layihələrin müəllifi və rəhbəri olmuşdur.
18.11.1980-cı ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuşdur.
2001-ci ildə Moskva Dövlət Açıq Universitetinin hüquq fakültəsini bitirmişdir.
2005-ci ildən ictimai sektorda fəaliyyətə başlamışdır:
2005-2006-cı illərdə Siyasi Məhbus Problemləri üzrə Şurada hüquqşunas, 2006-2009-cu illərdə İnsan Hüquqları XXI əsr – Azərbaycan Fondunda hüquqşunas-ekspert, 2010-2014-ci illərdə Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi Təşkilatında icraçı direktor, 2014-2015-ci illərdə AVCİYA-nın İnsan Hüquqları Departamentinin rəhbəri vəzifəsində çalışmışdır.
Fəaliyyəti dövründə bir sıra ictimai qurumlarda təmsil olunmuşdur:
Azərbaycan Respublikasının Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri yanında İctimai Şuranın hüquq komissiyasının sədri, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının üzvü, İnsan Alverinə Qarşı QHT Koalisiyasının təsisçisi və sair.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin vətənpərvərlik tərbiyyəsi, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsi, məhkum hüquqları və keçmiş məhkumların sosial adaptasiyası, uşaq hüquqları, ətraf mühitin qorunması və sair bu kimi istiqamətlərdə çoxsaylı layihələrin müəllifi və rəhbəri olmuşdur.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına daxil olan Qeyri Hökumət Təşkilatları
“Söz azadlığını müdafiə Fondu”
Sədr – Musa Yaqub, şair
www.azfreespeech.az
“Azərbaycanda Ekologiya Standartlarının Monitorinqi Fondu”
Sədr – Rauf Sultanov, biologiya elmləri doktoru, professor
www.azecology.az
“Azərbaycanın Regional İnkişaf Mərkəzi”
Sədr – Çingiz İsmayılov, coğrafiya elmləri doktoru, professor
www.azregionaldevelopment.az
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi”
Sədr – Nadir Abdullayev, pedaqoji elmlər doktoru, professor
www.azerbaijanfoundation.az
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi
Sədr – Kamil Səlimov, hüquq elmləri doktoru, professor
www.azpenalreform.az
“İnsan Hüquqları XXI əsr – Azərbaycan ” Fondu
Sədr – Şahin Camalov
www.azhumanrights.az
“Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyi
Sədr – Rüstəm Məmmədov, beynəlxalq hüquq elmləri doktoru, professor
www.cpf-az.az
Insan Hüquqları üzrə Ictimai şura
Sədr – Qafarlı ənvər
www.hrc.az
İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə birgə işçi qrupu Ictimai Birliyi
Sədr – Şahin Camalov
www.humanrigts-jwg.org