Dövlət Vergi Xidməti vergiödəyicilərini qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır

Mövlud Çavuşoğlu: “Ermənistan şərtlərə əməl etsə, Azərbaycan və Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər”
Avropa İttifaqı: Azərbaycandakı əməkdaşlıq layihələrinin təxminən 30 faizi təhsillə bağlıdır
“Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmətin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində fəaliyyət göstərən corab istehsalı sexində və Nərimanov rayonunda fəaliyyət göstərən mebel sexində operativ nəzarət tədbirləri həyata keçirilib.

Araşdırma zamanı fiziki şəxslər – Qəhramanov Elçin Mərdan oğluna məxsus mebel sexində 11 nəfər, Ələkbərzadə Rza Nazim oğluna məxsus corab istehsalı sexində isə 12 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetirməsinə cəlb edildiyi faktı aşkar olunub ki, bu da əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulması deməkdir.

Dövlət Vergi Xidməti bir daha vergiödəyicilərini qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır və bildirir ki, bu cür halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində bundan sonra da müvafiq tədbirlər görüləcək.

AZƏRTAC