Dünyada koronavirusa yoluxanların sayı 150 milyon nəfəri ötüb

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı bəzi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Şər-böhtan kampaniyası iflasa uğradı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 150 milyon nəfəri ötüb.

 Pandemiyanın statistikasını aparan Worldometer saytına istinadən , aprelin 28-nə olan məlumata görə, bütün dünyada koronavirusa 150 milyon 265 min 403 nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 164 min 887 nəfərə, sağalanların sayı isə 127 milyon 811 min 155 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa 32 milyon 983 min nəfər yoluxub, 588 min 337 nəfər ölüb, 25 milyon 584 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 18 milyon 376 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 204 min 832 nəfər vəfat edib, sağalanların sayı isə 15 milyon 86 min nəfər təşkil edir. Yoluxma göstərici üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu ölkədə pandemiya dövrü ərzində 14 milyon 523 min nəfər virusa yoluxub, onlardan 398 min 343-ü həyatını itirib, 13 milyon 91 min nəfər sağalıb.

AZƏRTAC