Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
Heydər Əliyev və multikultural dəyərlər

Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. İclasda Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov və digər rəsmi şəxslər iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Deputatlar əvvəlcə gündəlikdəki birinci məsələ – “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxaracaqlar.

Sonra komitə üzvləri “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə (hər ikisi birinci oxunuş) münasibət bildirəcəklər.

Qanun layihələri komitə üzvləri tərəfindən müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunacaq.

AZƏRTAC