Abituriyentlərdən COVID-19 pasportu tələb olunmayacaq

Bəzi rayonların İcra Hakimiyyəti başçıları və xidmət sahələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib
Rusiyanın Birinci televiziya kanalında Müslüm Maqomayev günü
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar bəyanat yayıb

“COVID-19 pasportu sadəcə nəzarətçi müəllimlərdən tələb oluna bilər. Bunu nəzərdən keçirə bilərik. Çünki onlar kənardan gələn şəxslərdir. Bizim işçilərin hamısı peyvənd olunub. İşçilərimizdən 68 nəfər koronavirusdan sağalıb, bir əməkdaşımız isə vəfat edib”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, imtahan iştirakçılarının yaşı 18-dən aşağı olduğundan onlara peyvənd vurulması nəzərdə tutulmur: “Onlardan sadəcə sağlam olmaları barədə bəyannamə tələb olunur”.

Report