Azərbaycan Parlamentlərarası İttifaqın 142-ci Assambleyasının iclasında təmsil olunub

İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev xalqa müraciət edib
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib

Mayın 24-də və 25-də Parlamentlərarası İttifaqın 142-ci virtual Assambleyasının İdarəedici Şurasının iclası keçirilib. Onlayn iclasa Milli Məclisin deputatları, PAİ İdarəedici Şurasının üzvləri – Kamran Bayramov, Nigar Arpadarai və Tural Gəncəliyev qatılıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Assambleyanın və Daimi Komitənin virtual sessiyalar prosedurunun xüsusi qaydalarının, İdarəedici Şuranın 206-cı sessiyasının işi haqqında qısa hesabatların təsdiqlənməsi, PAİ-nin 2020-ci ilə dair fəaliyyətinin nəticələri haqqında illik məruzə, 2020-ci ilə dair maliyyə nəticələri, PAİ-nin 2022-2026-ci illər üçün nəzərdə tutulan strategiyası və bir sıra təşkilati məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

AZƏRTAC