“Google” şirkəti “Android 2.3” əməliyyat sistemilə çalışan cihazlarda öz servislərini bağlayır

Zəfərlə başa çatmış Vətən müharibəsi nəticəsində Azərbaycanın Qarabağ bölgəsindəki su ehtiyatları yenidən özünə qaytarıldı
Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir
ÜST-ün baş direktoru: Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib

“Google” şirkəti sentyabrın 27-dən “Android 2.3” əməliyyat sistemilə çalışan cihazlarda öz servislərini bağlayır.

“Report” “The Sun”a istinadən xəbər verir ki, bununla da sözügedən cihazlarda “Google Play” və onun hədiyyə kartı, “YouTube”, “Google Drive”, “Gmail” kimi servislərin açdığı geniş imkanlardan yararlana bilməyəcək.

Şirkətdən bildiriblər ki, bu addım istifadəçiləri qorumaq məqsədilə atılıb. Belə ki, köhnə əməliyyat sistemilə çalışan cihazlarda hesaba icazə verilməsi ilə fərdi məlumatların oğurlanması təhlükəsinin yarandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Business of Apps” xidmətinə görə, bu ilin birinci rübündə dünyada “Android 2.3” əməliyyat sistemilə çalışan cihazların sayı 11,2 milyon olub ki, bu da bütövlükdə “Android” istifadəçilərinin ümumi sayının 0,4 faizi deməkdir. “Android 2.3.7” əməliyyat sistemi 2011-ci ildə tətbiq olunub.

Report