Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

İƏT OA nümayəndə heyəti Şuşada törədilmiş vandalizm hallarının monitorinqini aparır
ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər edəcəklər
BMT: Beynəlxalq Qadınlar Günündə nailiyyətlər haqqında düşünmək vaxtıdır

Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:

“Əziz məktəblilər və tələbələr!

Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin! Sizin zəruri bilik və vərdişlər qazanmağınıza, istedad və qabiliyyətinizi inkişaf etdirməyinizə kömək göstərən bütün müəllimlərə təşəkkürümü bildirirəm! Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq, gözəl əhval-ruhiyyə və əla qiymətlər arzulayıram!”.

AZƏRTAC