Mövlud Çavuşoğlu: “Ermənistan şərtlərə əməl etsə, Azərbaycan və Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər”

Azərbaycanın Ədliyyə naziri “Ekstradisiya haqqında” Avropa Konvensiyasına əlavə edilmiş yeni protokolu imzalayıb
Azərbaycan Xarici İşlər Nazirli: Ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər
Azərbaycandan Ukraynaya göndərilən yardım aidiyyəti üzrə təhvil verilib

“Nikol Paşinyan Ermənistanın Baş naziri seçildikdən və hökuməti qurduqdan sonra pozitiv mesajlar verdi. Prezident Rəcəb Tayyip Ərdoğan da ona müsbət qarşılıq verdi”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Report”un ABŞ bürosuna eksklüziv müsahibəsində “Türkiyə ilə Ermənistan arasında yaxın vaxtlarda danışıqların başlanılması gözlənilirmi?” sualını cavablandırarkən deyib.

“Ancaq biz bundan sonra atılacaq addımlar mövzusunda Azərbaycanla bərabər hərəkət edirik. Bizim arzumuz münasibətlərin normallaşmasıdır. Əlbəttə ki, Ermənistanın da bu mövzuda addım atması lazımdır. Azərbaycanın Ermənistana bir sülh müqaviləsi təklifi oldu. Hesab edirəm ki, bununla bağlı da müzakirələrinin başlanması faydalı olardı. Aydındır ki, biz bu mövzuda Azərbaycanla koordinasiyalı şəkildə addımlar atacağıq və şərtlərə əməl olunarsa, həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər. Ancaq Ermənistanın bu mövzuda sadəcə sözdə deyil, nəticə verən və görünən addımları atması lazımdır”, – Türkiyə XİN başçısı vurğulayıb.

Report