ATAKİŞİYEV İntiqam Vahid oğlu

KOVALYOV Yuri Petroviç
ƏLİYEV Vasili Əhməd oğlu
ƏSƏDOV Rəfael Əvəz oğlu

(7.4.1974, Qəbələ r.-nunun Tüntül k.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995).

7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində kolxozçu ailəsinda anadan olub. 1991-ci ildə Tüntül kənd orta məktəbini bitirib. 1992-ci ildə Qəbələ rayon Hərbi Komissarlığı tərəfındən Milli Orduya çağırılıb. Ordu sıralarında nümunəvi əsgər kimi xidmət edir. Yüksək əsgəri keyfıyyətlərini nəzərə alıb, onu Türkiyəyə hərbi zabitlər kursuna göndərirlər.

O, orduya çağırıldığı ilk günlərdən ön cəbhədə olmuşdur. Ağdam, Tərtər və Qubadlı rayonlarında gedən ağır döyüşlərdə böyük şücaətlər nümayiş etdirmişdir.

İntiqam Murovdağ döyüşlərinin birində yaralanır. Mingəçevirdə yerləşən hərbi hospitalda iki ay müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdır.

Öz xidməti borcunu layiqincə yerinə yetirən cəsur döyüşçü 1995-ci ilin martında dövlətçiliyimiz əleyhinə yönəldilmiş qəsdin aradan qaldırılmasında fəal iştirak etmiş, igidlik nümunəsi göstərmişdir. İ.Atakişiyev 776 saylı hərbi hissənin qrup komandiri, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində çalışmış, kapitan rütbəsi almışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğluna “Azərbaycanm Milli Qəhrəmanı” adı verilmişdir.

İ.Atakişiyev 776 saylı hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində çalışmışdır.

Polkovnik-leytenant rütbəsinəcən yüksələn İ.Atakişiyev hazırda öz şərəfli hərbiçi peşəsini Sərhəd Qoşunlarında davam etdirir.

İntiqam gözəl ailə başçısıdır, iki övladı var.

O, xeyirxah bir insan, öz vətəndaşlıq mövqeyilə seçilən bir hərbçi kimi tanınır. İntiqam Atakişiyev təhsil aldığı məktəbin önündə, Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmasının təşəbbüskarı olmuş və bunun üçün öz maddi və mənəvi köməyini əsirgəməmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 41-42