Aİ Azərbaycandakı Nümayəndəliyi Bakıda “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərgi təşkil edir

“Dövlət xidmətləri haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul edilib
Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin tarixi xidmətlərinin üzə çıxarılmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olub
Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub

Dənizkənarı Milli Parkda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərgi təşkil edir.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sərgi açıq havada “Park Bulvar” ticarət mərkəzinin yanındakı foto qalereyada nümayiş etdirilir.

Sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycandakı fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumatlandırmanı artırmaqdır.

Sərgidə nümayiş olunan 100-dən çox fotoşəkildə Avropa İttifaqının müxtəlif illərdə Azərbaycanda kənd yerləri və regionların inkişafı, ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə həyata keçirdiyi layihələr, müxtəlif növ mədəniyyət tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini tapıb.

Sərgi bir ayadək davam edəcək.

APA