“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfrans keçirilir

Cəbrayılın düşmən tapdağından azad olunmasından iki il ötür
IRENA-nın baş direktoru: COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün həlledici mərhələdir
Dilarə Seyidzadə: Azərbaycanda qadınlara 100 il əvvəl seçki hüququnun verilməsi mühüm tarixi hadisədir

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfrans keçirilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransda çıxışı zamanı Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmə keçirildiyini, dinləmə zamanı bir çox təkliflər irəli sürüldüyünü bildirib.

Onun sözlərinə görə, komitə üzvləri tərəfindən gender bərabərliyi ilə bağlı qanuna dəyişiklik layihəsi hazırlanaraq rəhbərliyə təqdim edilib.

“Gender bərabərsizliyinin özünü ən çox göstərdiyi sahələrdən biri əmək bazarıdır. Dünyada işsiz qadınların sayı kişilərdən xeyli çoxdur”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi fəal kişilərin 51,8%-i, qadınların isə 48,2%-i məşğul əhalı qrupuna aiddir. İşsizlərin 57,5%-ini qadınlar təşkil edir: “Əmək haqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Dünyada kişi əməyi 1 dollar, qadın əməyi isə 77 sentlə qiymətləndirilir. Ev işlərinin, ailə təsərrüfatının idarə olunmasının, ailə üzvlərinə qulluq kimi haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür.

Azərbaycanda qadınların orta əmək haqqısı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6%, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8 %, səhiyyə və sosial xidmətlər sahəsində 63,9 %, təhsil sahəsində isə 79 % təşkil edir.

Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, bu sahədə qadınların sayı 225 858 nəfər təşkil edir.

Sahibkarlığın ayrı-ayrı sahələri üzrə bir neçə nümunə göstərmək istəyirəm: kişilər qadınlardan tikinti sahəsində 25,3 dəfə, emal sənayesində 4,8 dəfə, turizm və iaşə sahəsində 5,4 dəfə, ticarət və nəqliyyat sahəsində 3,7 dəfə, səhiyyə və sosial xidmətlər sahəsində 1,8 dəfə çoxdur. Yalnız təhsil sahəsində fəaliyyət göstərən qadınların sayı kişilərdən 1,8 dəfə çoxdur”.

Report