Qrant haqqında

Prezidentin qazilər və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamı
Xarici Kəşfiyyat Xidmətinin Əsasnaməsi və strukturu
Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında qrantların (o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların) verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyir.[1]

Maddə 1. Qrant

  1. Qrant — humanitar, sosial vəekoloji layihələri, müharibəvə təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.[2]

1-1. Sub-qrant – qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir.[3]

  1. Qrant maliyyəvəsaitişəklində və (və ya) başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz.
  2. Birbaşa mənfəətəldəetmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və (və ya) başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə (qərara) əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə qran predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.
  3. Bilavasitəsiyasi hakimiyyət uğrunda mübarizəməqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın (təşkilatların) və ya siyasi xadimin (xadimlərin) seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.

Maddə 2. Donor

  1. Qrant alanla münasibətlərindəqrant verən donor sayılır.
  2. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilərlər.Azərbaycan dövləti adından müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə qrant verə bilər.[4]
  3. Azərbaycan dövləti adından qrantlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına verilir. Beləqrantların verilməsiüçün  dövlət büdcəsinin xərcləri tərkibində ayrıca sətirlə xüsusi vəsait nəzərdə tutula bilər. Lakin bu halda həmin vəsaitin formalaşdırılması üçün hər hansı əlavə vergilər tətbiq oluna və ya mövcud vergi dərəcələri yüksəldilə bilməz. Dövlət büdcəsi vəsaiti hesabına verilmiş qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti donor həyata keçirir.[5]
  4. Nizamnaməsinəəsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramlar üçün vəsait toplanması olan, öz fəaliyyətində mənfəət götürmək məqsədi güdməyənAzərbaycan Respublikasının istənilən hüquqi şəxsi, habelə fiziki şəxsi Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə qrant verə bilər.[6]
  5. Beynəlxalq təşkilatlar vəonların nümayəndəlikləri, xarici hökumətlər vəonların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər. Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.[7]

5-1. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[8]

  1. Qrant verməkdə, qrant alanıvəgerçəkləşdirilməsi üçün qrant verdikləri layihə və proqramları seçməkdə donorlar tam sərbəstdirlər. Azərbaycan dövləti adından Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrantlar müsabiqə əsasında verilir.

Maddə 3. Resipiyent

  1. Donorla münasibətlərindəqrant alan resipiyent sayılır.
  2. Aşağıdakılar resipiyent ola bilərlər:

müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan dövləti;

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (müvafiq icra hakimiyyəti orqanları bu maddənin 2-1-ci hissəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq);[9]

bələdiyyə orqanları;

publik hüquqi şəxslər;[10]

Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri (həmin resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) olan donorlardan qrant ala bilərlər);[11]

Azərbaycan Respublikasının fiziki şəxsləri.

2-1. Azərbaycan Respublikasının adından qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[12]

  1. Qrant almaqda, donoru vəgerçəkləşdirilməsiüçün qrant aldıqları layihə və proqramları seçməkdə Azərbaycan Respublikasından olan resipiyentlər tam sərbəstdirlər.
  2. Azərbaycan Respublikasından olan donorlar xariciölkələrin hüquqi vəya fiziki şəxslərinə qrant verərkən resipiyent qismində kimlərin çıxış edə bilməsi həmin ölkələrin qanunvericiliyi iləmüəyyənləşdirilir.
  3. Resipiyentlər qrant müqavilələrinin (qərarların)şərtlərinəuyğun olaraq fəaliyyət göstərirlər.

Maddə 4. Qrant vermək üçün qanuni əsas

  1. Donorla resipiyent arasında yazılımüqaviləvə ya qrant verilməsi haqqında donorun yazılı qərarı qrant verilməsi, alınması və istifadəsi üçün qanuni əsasdır. Müqavilədə (qərarda) qrantın məqsədi, məbləği, predmeti və əgər donor tərəfindən resipiyent qarşısında hansısa şərtlər qoyulmuşdursa, həmin şərtlər göstərilir.
  2. Qrant yalnız müqavilədəvəya qərarda göstərilən məqsədlərin həyata keçirilməsi üçün istifadə oluna bilər. Qrantın başqa məqsədlər üzrə istifadə olunması, əgər bu, qrant haqqında müqavilədə(qərarda) nəzərdə tutulmamışdırsa, ancaq donorun əlavə yazılı razılığı ilə mümkündür.
  3. Qrant predmeti olan layihəhəyata keçirilən dövrdəqrant kimi verilən, yaxud qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi yalnız qrant haqqında müqavilədə belə əməliyyatlar nəzərdə tutulduqda, əks təqdirdə isə donorun əlavə yazılı razılığı ilə mümkündür. Bu halda resipiyentin sərəncamına daxil olan maliyyə vəsaiti qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.
  4. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim olunur.[13]

4-1. Bu maddədə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.[14]

4-2. Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[15]

  1. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrəbank əməliyyatları və hər hansı digər əməliyyatlar aparılabilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən verilmiş və Azərbaycan Respublikasının resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində ümumiləşdirilmiş məlumat verməlidir.[16]
  2. Qrant hesabına hazırlanançap, audio, audio-vizual, kino vəbaşqa materiallarda, keçirilən konfrans, seminar və digər ictimai tədbirlərdə bunların maliyyələşdirmə mənbəyi haqqında məlumat verilməlidir.

Maddə 5. Qrantdan icbari ödənişlər [17]

  1. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və (və ya) hər hansı digər maddi yardımla bağlı vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir.
  2. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və (və ya) hər hansı digər yardımdan rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur.
  3. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[18]

Maddə 6. Məsuliyyət

  1. Donor vəresipiyent bu Qanunun vəqrant haqqında müqavilədə (qərarda) göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
  2. Donor vəresipiyentdən biri xariciölkənin təşkilatı və ya vətəndaşı olduğu halda onların arasında mübahisələr tərəflərin əvvəlcədən seçdikləri və qrant haqqında müqavilədə (qərarda) təsbit edilmiş ölkənin qanunları əsasında həll olunur. Əks təqdirdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunur.

 

Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 17 aprel 1998-ci il

№ 483-IQ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)
  2. 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 1)
  3. 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706)
  4. 30 iyun 2009-cu il tarixli 842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 611)
  5. 15 fevral 2013-cü il tarixli 560-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 mart 2013-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 215)
  6. 17 dekabr 2013-cü il tarixli 852-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 82)
  7. 17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, № 250; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1358)
  8. 28 oktyabr 2014-cü il tarixli 1095-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1369)
  9. 1 fevral 2017-ci il tarixli 513-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2017-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 335)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 17 dekabr 2013-cü il tarixli 852-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 82) ilə Qanunun preambulasında “qrantların” sözündən sonra “(o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların)” sözləri əlavə edilmişdir.

[2] 15 fevral 2013-cü il tarixli 560-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 mart 2013-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 215ilə 1-ci maddəsinin 1-ci hissəsinə üçüncü cümlə əlavə edilmişdir.

[3] 28 oktyabr 2014-cü il tarixli 1095-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1369) ilə 1-ci maddəyə 1-1-ci hissə əlavə edilmişdir.

[4] 17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, № 250; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1358) ilə 2-ci maddənin 2-ci hissəsinə birinci cümlə əlavə edilmişdir.

[5] 30 iyun 2009-cu il tarixli 842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 611) ilə 2-ci maddənin 3-cü bəndinə dördüncü cümlə əlavə edilmişdir.

[6] 17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, № 250; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1358) ilə 2-ci maddənin 4-cü hissəsindən “Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramlar üçün vəsait toplanması olan, öz fəaliyyətində mənfəət götürmək məqsədi güdməyən” sözləri çıxarılmışdır.

[7] 17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, № 250; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1358) ilə 2-ci maddənin 5-ci hissəsində “mənfəət götürmək məqsədi güdməyən digər xarici hüquqi şəxslər, eləcə də xarici fiziki şəxslər” sözləri “xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə əlavə edilmişdir.

[8] 17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, № 250; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1358) ilə 2-ci maddəyə 5-1-ci hissə əlavə edilmişdir.

[9] 17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, № 250; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1358) ilə 3-cü maddənin 2-ci hissəsində üçüncü, dördüncü və beşinci abzaslar müvafiq olaraq dördüncü, beşinci və altıncı abzaslar hesab edilmişdir və hissəyə üçüncü abzas əlavə edilmişdir.

[10] 1 fevral 2017-ci il tarixli 513-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2017-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 335ilə 3-cü maddənin 2-ci hissəsinə yeni məzmunda dördüncü bənd əlavə edilmişdir.

[11] 17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, № 250; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1358) ilə 3-cü maddənin 2-ci hissəsinin beşinci abzasına “şöbələri” sözündən sonra “(həmin resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) olan donorlardan qrant ala bilərlər)” sözləri əlavə edilmişdir.

[12] 17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, № 250; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1358) ilə 3-cü maddəyə 2-1-ci hissə əlavə edilmişdir.

[13] 30 iyun 2009-cu il tarixli 842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 611) ilə 4-cü bəndə ikinci cümlə əlavə edilmişdir.

17 dekabr 2013-cü il tarixli 852-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 82) ilə 4-cü maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

  1. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim edilir.

[14] 17 dekabr 2013-cü il tarixli 852-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 82) ilə 4-cü maddəyə yeni məzmunda 4-1-ci hissə əlavə edilmişdir.

28 oktyabr 2014-cü il tarixli 1095-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1369) ilə 4-cü maddənin 4-1-ci hissəsində “tələblər” sözündən sonra “sub-qrantlara və” sözləri əlavə edilmişdir.

[15] 17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 16 noyabr 2014-cü il, № 250; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1358) ilə 4-cü maddəyə 4-2-ci hissə əlavə edilmişdir.

[16] 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 1) ilə 4-cü maddənin 4-cü və 5-ci bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

  1. Azərbaycan Respublikasının hüquqi vəya fizikişəxsi olan donorların xarici resipiyentlərə qrant verməsi haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınır.
  2. Resipiyent alınmasına başladığıhər bir qrant haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Həmin icra hakimiyyəti orqanıAzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən verilmişvə alınmış qrantlar haqqında, ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində ümumiləşdirilmiş məlumat verməlidir.

30 iyun 2009-cu il tarixli 842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  1 sentyabr 2009-cu il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 611) ilə 5-ci bəndin birinci cümləsindən “bir qayda olaraq” sözləri çıxarılmışdır.

17 dekabr 2013-cü il tarixli 852-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 82) ilə 4-cü maddənin 5-ci hissəsinin birinci cümləsində “əməliyyatlar keçirilə” sözləri “bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla” sözləri ilə əvəz edilmişdir.

[17] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 5-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 5. Qrantdan vergitutma

  1. Bu Qanuna müvafiq qaydada qrant haqqında müqaviləyəvəya qərara əsasən qrant kimi alınan pul və (və ya) hər hansı digər maddi yardım bütün növ vergilərdən, rüsumlardan və dövlət büdcəsinə icbari ödənişlərdən azaddır.
  2. Qrantdan istifadəzamanılayihə və proqramların yerinə yetirilməsində iştirak edən hüquqi şəxslər resipiyentdən aldıqları haqdan qüvvədə olan qanunvericiliyə müvafiq surətdə vergiləödəyirlər.
  3. Qrantdan istifadəzamanılayihə və proqramların yerinə yetirilməsində iştirak edən fiziki şəxslərin resipiyentdən aldıqları haqdan mövcud qanunvericiliyə müvafiq olaraq gəlir vergisi tutulur. Fiziki şəxslərə ödədiyi haqq müqabilində resipiyent icbari ödənişlərdən azaddır.
  4. Qrant predmeti olan layihəbaşaçatdırıldıqdan sonra resipiyentin sərəncamında qalan maliyyə vəsaiti, yaxud qrant kimi verilən və ya qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi yolu ilə onun sərəncamına daxil olan və qrant predmeti ola biləcək layihə və proqramların həyata keçirilməsinə yönəldilən maliyyə vəsaiti vergitutma obyekti deyil.

[18] 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 5-ci maddəyə 3-cü bənd əlavə edilmişdir.

http://www.e-qanun.az/framework/3527