Azərbaycanın təhsil alan əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir

Milli Məclis “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini sonuncu oxunuşda qəbul edib
Naxçıvanda keçirilən “Milli geyimlər festivalı” böyük marağa səbəb olub
Bakıda Zəfər muzeyinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

Təhsil Nazirliyi Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrlə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən “Report”a bildirilib ki, 42 ölkədən olan əcnəbi vətəndaşların ölkəyə girişi mümkün olduğundan həmin ölkə vətəndaşı əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir.

Qeyd olunub ki, aktiv müvəqqəti yaşama icazəsi vəsiqəsinə sahib olan, digər ölkələrin vətəndaşları da əyani dərslərdə iştirak üçün ölkə ərazisinə daxil ola bilirlər: “Digər əcnəbi tələbələrin əyani tədrisə cəlb olunması üçün aidiyyəti təşkilat qarşısında vəsatət qaldırıb, həmin şəxslərin ölkə ərazisinə girişinə icazə verilənədək əcnəbi vətəndaşların tədris prosesinin digər formalarda təşkili məsələsinə universitetlərin Elmi Şuralarının səlahiyyətləri çərçivəsində baxılması yerli ali təhsil müəssisələrinə tapşırılıb”.

Report