Laçın rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı mediatur təşkil edilib

Prezident İlham Əliyev Çexiyanın sənaye və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olunub
“Opinion Way”: Seçicilərin 86,53 faizi İlham Əliyevə səs verib

Müdafiə Nazirliyi Laçın rayonunun işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı mediatur təşkil edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitləri ilə tanış olublar. Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini ictimaiyyətə çatdırmaq məqsədilə hərbi qulluqçulardan müsahibələr alınıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə edən hərbi qulluqçular burada rahat xidmət apardıqlarını bildiriblər.

Hərbçilərimiz azad olunmuş torpaqlarımızda xidmət etməkdən qürur duyduqlarını və döyüş növbətçiliyində hər zaman ayıq-sayıq durduqlarını ifadə ediblər.

AZƏRTAC