Əli Əsədov: “2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümlüdür”

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib
ABŞ-ın “The Daily Caller” qəzetində Ermənistanın işğalçılıq siyasətinə dair məqalə dərc olunub
Eldar Səmədov: Azərbaycan Prezidentinin tapşırığı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üzrə işlər davam etdirilir

Koronavirusla mübarizə məqsədilə dövlət büdcəsindən 1,6 milyard manatdan çox vəsait xərclənib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov parlamentin dekabrın 3-də keçirilən iclasında bildirib.

Zəngəzur dəhlizinin ölkəmizin iqtisadi inkişafı üçün əhəmiyyətindən danışan Baş nazir Füzuli Beynəlxalq Hava Limanının artıq istifadəyə verildiyini vurğulayıb, Laçın və Zəngilanda da hava limanlarının da inşasına başlanıldığını diqqətə çatdırıb.

Baş nazir növbəti ildə də pandemiyanın təsirlərindən qorunmağa ehtiyac olduğunu qeyd edib. Bildirib ki, iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əli Əsədov vurğulayıb ki, 2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümlüdür.

Əməkhaqlarının, sosial müavinətlərin, pensiyaların artırılması üçün əhəmiyyətli maliyyə təminatı yaradıldığını qeyd edən Əli Əsədov şəhid ailələrinin, qazilərin məsələlərinin dövlətimizin daim diqqət mərkəzində saxladığını vurğulayıb.

AZƏRTAC