Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib

“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb
Kreml Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxmasını təsdiq edib
Qarabağ regional ədliyyə idarəsi təsis olundu

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.
Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.
Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.