Milli Arxiv İdarəsinin elektron xidmətlər mərkəzi “Almanlar Azərbaycanda 200 il” adlı virtual sərgi təşkil edib.
Bu barədə AZƏRTAC-a Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov məlumat verib.
“Sərgi Prezidenti İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzaladığı müvafiq Sərəncamın icrasını təmin etmək məqsədilə təşkil olunub. Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər Mərkəzi Dövlət Tarix Arxivinin və Dövlət Kino-Foto Sənədləri Arxivinin təqdim etdiyi sənədlər əsasında hazırlanan virtual sərgidə 40-dək fotoşəkil nümayiş olunur”,- deyə N.Eminov bildirib.