8 mindən çox şəhid ailəsi, müharibə əlilləri özünüməşğulluq proqramları ilə əhatə olunub

Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
Ölkədə vaksinasiya olunanların sayı 3 milyonu ötüb
Qubadlı şəhərinin işğaldan azad olunmasından bir il ötür

Bu ilin avqust ayında “Məşğulluq marafonu” elan olunub. İndiyədək 600-ə yaxın işəgötürən proqrama qoşulub və 3760-dən çox vakansiya elan edilib. İndiyədək 1300-dək şəhid ailə üzvü və qazi marafon çərçivəsində işlə təmin edilib: “Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək “Məşğulluq” marafonu ilə yox, həm də özünüməşğulluq proqramları ilə əhatə olunublar. 6 mindən çox ailə özünüməşğulluq, ictimai işlər proqramı və işədüzəltmə məqsədli proqramlara cəlb olunub. Ümumilikdə, 8 mindən çox şəhid ailəsi, müharibə əlilləri özünüməşğulluq proqramları ilə əhatə olunub və bu proses davam edəcək.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda jurnalistlərə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, indiyədək dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8 min 485 şəxsə işsizlikdən sığorta təyin olunub”.

Nazir onu da deyib ki, “Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb və hazırda 14 min aktiv vakansiya var.

Postmüharibə dövründə 35 min şəhid ailəsi və müharibə əlilinə 41 min sosial xidmət göstərilib. Bunların əsas hissəsini sosial ödənişlər təşkil edir.

Nazir bildirib ki, həmin kateqoriyadan olan 10 mindən çox şəxsə 20 mindən çox sosial ödəniş təyin olunub. Burada da əsas yeri şəhid hərbi qulluqçuların ailə üzvləri təşkil edirlər.

AZƏRTAC