Media sahəsində dövlətin əsas vəzifələri müəyyənləşib

İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib
Şanlı Aprel döyüşlərindən beş il ötür
Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib

“Media haqqında” yeni qanun layihəsində Media sahəsində dövlətin əsas vəzifələri öz əksini tapıb.

Media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

1. media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək;

2. Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq;

3. istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq;

4. medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək;

5. media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq;

6. media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq;

7. Azərbaycanın media məkanının təhlükəsizliyini təmin etmək;

8. ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.

Report