az
en
ru
SEARCH
AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
MENU
MENU
ANA SƏHİFƏ
HAQQIMIZDA
MƏQSƏDLƏRİMİZ
ƏMƏKDAŞLARIMIZ
AZƏRBAYCAN
ƏRAZİ
ƏHALİ
TARİX
XƏRİTƏ
DÖVLƏT RƏMZLƏRİ
KONSTİTUSİYA
SİYASƏT
İQTİSADİYYAT
MƏDƏNİYYƏT
BAYRAMLAR
TURİZM
CƏMİYYƏT
QANUNVERİCİLİK
ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
SƏNƏDLƏR
XƏBƏRLƏR
SƏRSƏNG SU ANBARI
Məktublar
Video
KİTABXANA
LAYİHƏLƏR
Home
MEDİA -GÜZGÜ
Türkiyədə nəşr olunan “Təmrin” dərgisinin yeni nömrəsi tanınmış jurnalist Şirməmməd Hüseynova həsr edilib
İlham Əliyev Qubadlı şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələrlə görüş keçirilib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Türkiyədə nəşr olunan “Təmrin” dərgisinin növbəti nömrəsi görkəmli Azərbaycan alimi, maarifçisi və pedaqoqu, tanınmış jurnalist, Azərbaycan Xalq Cümhuriyyətinin yorulmaz araşdırıcısı Şirməmməd Hüseynova həsr edilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan qəzetəçiliyinin duayeni Şirməmməd Hüseynov” adlı xüsusi nömrə Prezident İlham Əliyevin “Görkəmli alim, pedaqoq və publisist, əsl ziyalı Şirməmməd Ağaməmməd oğlu Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır…” sözləri ilə başlayır.
Dərgidə alimin tərcümeyi-halı, aforizmə çevrilmiş bəzi deyimləri, ölkənin tanınmış alim və ictimai xadimləri, söz adamları, Şirmməmməd müəllimin həmkarları və tələbələrinin məqalə və rəyləri yer alır.
Milli Məclisin deputatları, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Şirməmməd Hüseynov zirvəsi” və akademik Rafael Hüseynovun “Ustada vida”, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “Həqiqət və ləyaqət simvolu”, Vüqar Zifəroğlu və Samir Xalidoğlunun “Böyük jurnalist və yorulmaz tədqiqatçı-alim”, professor Cahangir Məmmədlinin “Ömrümüzün Şirməmməd Hüseynov təsəllisi”, dosent-doktor Aygün Əzimovanın “Milli yaddaşın və milli ruhun simvolu”, professor Alxan Bayramoğlunun “Riyaziyyatçı jurnalist”, dosent-doktor Könül Niftəliyevanın “ Milli tarixmizin istiqlal səhifələri”, tanınmış jurnalist Hikmət Sabiroğlunun “Şirməmməd müəllimin dərsləri”, Samir Xalidoğlunun “Müəllimi xatırlarkən” məqalə və xatirələri Şirməmməd Hüseynovun şərəfli ömür yoluna işıq tutur, onu Türkiyənin akademik dairələrinə yetərincə tanıdır.
Dərginin xüsusi sayında dörd bölümdə verilmiş qısa rəylər və xatirələr də vacibdir. I bölümdə Xalq yazıçısı Anar, akademik Vasim Məmmədəliyev, akademik Bəkir Nəbiyev, fəlsəfə doktoru, Milli Məclisin deputatı Fazil Mustafa, görkəmli ictimai xadim Ramiz Abutalıbov, yazıçı, Milli Məclisin deputatı Aqil Abbas və akademik Muxtar Kazımoğlunun, II bölümdə tanınmış telejuranlist, professor Qulu Məhərrəmli, professor Nəsiman Yaqublu, tanınmış yazıçı-jurnalist Elçin Mirzəbəyli və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlunun, III bölümdə Xalq şairi Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev, professor Tofiq Köçərli və Xalq yazıçısı Afaq Məsudun, IV bölümdə isə “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid, Real Təhlil İnformasiya Mərkəzinin direktoru, tanınmış telejurnalist Mirşahin Ağayev, tanınmış jurnalist və siyasi şərhçi Tofiq Abbasov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, tanınmış jurnalist Yusif Rzayev, tanınmış jurnalist, yazar Tahir Aydınoğlu və tanınmış telejurnalist-tədqiqatçı Bəxtiyar Qaracanı fikirləri yer alıb.
Təqdim olunan yazılar Şirməmməd müəllimin həyatının müxtəlif dönəmlərini əks etdirən maraqlı fotolarla müşayiət olunur. Eyni zamanda, Şirməmməd Hüseynovun uzun müddət yaxın dostluq etdiyi Bəxtiyar Vahabzadənin ithaf şeiri də xüsusi nömrəyə əlavə bədii əhəmiyyət qazandırır.
Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Şirməmməd Hüseynov zirvəsi” məqaləsində yazır: “Onun haqqında danışanda adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar. “Böyük alim”, “görkəmli tədqiqatçı”, “jurnalistikamızın patriarxı”, “jurnalistika elmimizin korifeyi”, “qeyrətli vətəndaş”, “fədakar insan”, “mehriban ailə başçısı” və s. Beləcə, ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona olan, lakin özünün iddiasında bulunmadığı bir mənəvi borcun öhdəsindən gəlməyə, əvəzini verməyə çalışırlar. Son günlərdə eşitdiyim “millətin mühəndisi”, “müasir milli düşüncəmizin arxitektoru”, “millətin müəllimi” kimi fəxri adlar da Şirməmməd Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin, tələbə məhəbbətinin doğurduğu ən səmimi duyğulardan qaynaqlanır. Bəxtiyar Vahabzadə isə Şirməmməd Hüseynov haqqında ən səmimi duyğularını belə ifadə etmişdi: “Şirməmməd – əxlaqın, haqqın öz səsi / Ləyaqət, dəyanət mücəssəməsi!”
“Şirməmməd Hüseynov xüsusi sayı”na daxil edilmiş mətnlərin tərcüməçisi Əbdülqədir Özkandır, xüsusi nömrənin koordinatoru jurnalist Bəxtiyar Səlimovdur.
Dərgi ilin son nəşri kimi də əlamətdardır və bu sayı vərəqlədikcə dərginin son iki ildə Azərbaycanla bağlı nəşr etdiyi xüsusi nömrələrin üz qabıqlarının rəsmini görmək də xoş təsir bağışlayır.
AZƏRTAC
Newer Post
Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib
Older Post
AVCİYA-nın vitse prezidenti Məhərrəm Zülfüqarlının ikinci kitabı Avropa dillərində yayımlanıb
© 2017 AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
1905.az STUDIO
Type something and Enter