Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib

Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün müsabiqə elan edilib
“Qərbi Azərbaycan mixiyazılı mənbələrdə” – seminar
Azərbaycan qızıl ixracından gəlirini 51 % artırıb

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.

Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC